“Neftçi”nin prezidenti Kamran Quliyev Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkünün nəticəsinə əsasən, “Qalatasaray”a rəqib olmalarına münasibət bildirib.
Türkiyənin “Bein Sports” telekanalına danışan klub rəhbəri iki qardaş ölkənin ən böyük komandalarının qarşı-qarşıya gələcəklərini söyləyib: “Çox sevindik. Dünyada yayılan koronavirus səbəbindən bu qarşılaşma azarkeşsiz keçiriləcək . Azarkeşlər olmayacağı üçün təəssüflənirik. Mükəmməl bir matç olacaq. İnanıram ki, bu görüş tarixə düşəcək. Hər iki komandanın oyundan əvvəl şansı 50-50-yədir. “Qalatasaray”ı evimizdə qəbul edəcəyik. Onların gücünə və tarixinə hörmət edirik, amma biz də 83 illik klubuq. Bu qarşılaşmadan gözləntilərimiz böyükdür. Turu keçmək istəyirik”.
Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da start götürəcək.