Ölkə futbolu

Kanales “Xəzər Lənkəran”dan imtina edib?

Yayda “Neftçi”dən ayrılaraq vətəni Çilinin “Kolo-Kolo” klubuna keçən Nikolas Kanalesin Azərbaycanda qalmaq şansı var idi.

Futbolçunun xidmətində “Qəbələ” və “Xəzər Lənkəran” kimi bölgə klubları olsa da o özü “Bakı”da forma geyinmək istəyində olub.

Deyilənə görə, hətta meneceri vasitəsi ilə istəyini “zolaqlılar”ın serbiyalı baş məşqçisi Milinko Pantiçə də çatdırıb. Lakin Pantiç çilili hücumçunun xidmətindən imtina edib. Səbəb isə Kanalesin oyun tipi ilə bağlı olub. Belə ki, Pantiç taran tipli hücumçuya ehtiyacı olmadığını bildirib və yalnız bundan sonra Kanales vətəninə dönərək, “Kolo-Kolo” ilə müqavilə bağlayıb.

rekord.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43