Kateqoriyasız

Kane rəsmən “Neftçi”də

Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qvineyalı Mamadu Kane ilə 3 illik müqavilə bağlanılıb. Oktyabrın 15-dən “Neftçi”də baxışda olan 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. O, yeni komandasında 36 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bundan əvvəl Qvineyanın “Kalum Star” klubunun üzvü olmuş Mamadu bu ölkənin 20 yaşadək futbolçulardan ibarət milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Renat İngiltərədə diqqət mərkəzində – “Liverpul”a vurduğu qol… (Video)

admin

“Böyük turnirlərə vəsiqə qazanmaq istəyirik” – Elxan Məmmədov

admin

“Bursaspor” Namiq Ələskərovdan gözlədiyini ala bilməyib

admin