Dünya futbolu

Kannavaro Çin millisində

Çin milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Çin Futbol Federasiyası bu vəzifəyə italiyalı Fabio Kannavaronu gətirib. Gənc mütəxəssis “Quançjou Everqrand” klubunun baş məşqçisi vəzifəsini yetirir. O, bu ölkənin milli komandası ilə yanaşı, sözügedən klubu da çalışdıracaq.

Fabio Kannavaro Çin milli komandasında həmyerlisi Marsello Lippini əvəz edib.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis “Quançjou Everqrand”da da Marsello Lippini əvəzləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43