Dünya futbolu

Kante “Çelsi”dən ayrılır? – açıqlama

“Çelsi”nin futbolçusu Nqolo Kante gələcək karyerası barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, fransalı oyunçu zədə səbəbindən cari mövsüm uzun müddət kənarda qaldı. Yenidən yaşıl meydanlara qayıdan Kante London klubunda qalmaq istədiyini bildirib:

“Mövsümün sonuna qədər oynamaq istəyirəm. Artıq çətin dövrlər geridə qaldı. “Çelsi”də bir çox uğurlar əldə etmək niyyətindəyəm”.

Kantenin “zadəganlar”la müqaviləsi mövsüm sonu başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43