İdman

Kapello məşqçilik karyerasını bitirdi

Məşhur italiyalı mütəxəssis Fabio Kapello məşqçi karyerasını bitirib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə ölkəsinin mətbuatına açıqlamasında 71 yaşlı məşqçi özü məlumat verib.

Kapello ötən ay ayrıldığı “Tszyansua Sunin”in onun məşqçi kimi sonuncu iş yeri olduğunu açıqlayıb.

Qeyd edək ki, karyerası ərzində “Milan”, “Yuventus”, “Real” və “Roma” klublarını, eyni zamanda İngiltərə və Rusiya mililərini çalışdıran təcrübəli mütəxəssis bu 4 klubun hər biri ilə ölkə çempionluğunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43