Dünyadan

Kapitan açıqladı: “Qayıtmayacam”

“Bavariya”lı futbolçu Filip Lam verdiyi müsahibəsində Almaniya yığmasına qayıtmayacağını bildirib.

İdmanxeber.com-un məlumatına görə, almaniyalı futbolçu bunları söyləyib: “Milli komanda mənim üçün bitmişdir. Bundan sonra Almaniya formasını yalnız tərəfdar olaraq geyəcəyəm. Orada çox gözəl on il keçirdim. Dünya çempionu olaraq təqaüdçü oldum. Məncə doğru zamanda doğru bir qərar aldım. Milli komanda mənsiz də yaxşı olacaq.”

Qeyd edək ki, keçdiyimiz ay məşqdə ayaq biləyini qıran Lam, mart ayına qədər yaşıl meydanlardan uzaq qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43