01 Oktyabr 2024
Ölkə futbolu

Kapitan Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib

“Səbail”in futbolçusu Rahid Əmirquliyev Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib.

İdmanxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubunun kapitanının yubileyi Premyer Liqanın XVIII turuna təsadüf edib.

O, Bakı təmsilçisinə qədər şərəfini qoruduğu “Qarabağ”la görüşdə yubileyini rəsmiləşdirib. Bu matçda onun komandası 0:3 hesabı ilə məğlub olub.

Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu olan 33 yaşlı yarımmüdafiəçi yarışda 2003/2004 mövsümündə debüt edib. O, ilk dəfə 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” qarşılaşmasında (1:0) meydana çıxıb.

450 oyunda 34 qol vuran Əmirquliyev ölkə çempionatlarında 4 klubun formasını geyinib. O, “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun), “Səbail”də 102 (1 qol) dəfə şans qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43