Kateqoriyasız

Kapitan da “Neftçi”dən getdi!

“Neftçi”də daha bir ayrılıq reallaşıb.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edəcək paytaxt klubu kapitanı Ruslan Abışovla yollarını ayırıb.  Ötən mövsümün çox hissəsini zədə səbəbindən buraxmağa məcbur olan yarımmüdafiəçi Bordinin etimadını qazana bilmədi. Futbolçunun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında bitir.  O, klub rəhbərliyi ilə görüşdən sonra qarşılıqlı razılıq əsasında komandadan ayrılmağa qərar verib.

Qeyd edək ki, Ruslan Abışov 2003-12-ci illərdə “Neftçi”nin formasını geyinib.  31 yaşlı futbolçu daha sonra “Xəzər Lənkəran”, “Rubin”, “Qəbələ” və “İnter” kimi komandalarda oynayıb. Millimizin müdafiəçisi 2017-ci ildə doğma komandasına geri dönüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43