Kateqoriyasız

Kapitan ehtiyatlı danışdı: “Məsələ Zaqatalada həll olunacaq”

“Çətin olacağını bilirdik. Yarımfinal matçları ağır olur. Əsas məsələ hələ Zaqatalada həll olunacaq. Bizi ağır, çətin səfər gözləyir”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

Ağdam klubunun təcrübəli futbolçusu daha sonra sözlərinə belə davam edib:

“Onlarla oyunumuz hər zaman çətin alınır. Xüsusən də səfərdə. Hələ indidən mərhələni keçdiyimizi demək olmaz. Çünki hər şey cavab oyununda bəlli olacaq”.

Qeyd edək ki, kubokun yarimfinal mərhələsində “Qarabağ” bir cavabsız qolla “Simurqu məğlub edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43