Müsahibə

Kapitan etiraf etdi: “Özümüzü çətinə saldıq, onlar bunun üçün gəlmişdilər” – MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu Mirhüseyn Seyidov AZAL-la oyundn sonra idmanxeber.com-a müshaibə verib.

– İlk öncə oyunla bağlı fikirlərini bilmək istəyərdim. 

Kubokda oyunlar iki matçdan ibarət olur. Rəqib qapalı oynadı. Düzdü qol vura bilmədik, ancaq yaxşı oldu ki, qol da buraxmadıq. Cavab oyunu var. "İnter"lə çempionat matçından sonra cavab oyununa ciddi hazırlaşacağıq.

– Qol vura bilməməyinizin səbəbi təkcə rəqibin qapalı oynaması idi, yoxsa sizin hücumçuların səriştəsizliyi?

AZAL çox qapalı oynayırdı. Onlar bunun üçün gəlmişdilər. Bizim oyun boyu elə də səhvimiz olmadı. Hər şey ikinci oyuna qaldı. Özümüzü çətinə saldıq. Cavab oyununda turu çıxartmaq lazımdı.

– Özünüzdə əminlik varmı ki, mərhələni keçə bilərsiz…?

AZAL-la son iki ayda 3 dəfə qarşılaşmışıq. Biraz çətinliklər də ondna yaranır ki, komanda bilir nə oynayır. Amma ikinci oyuna tam əminlik var ki, biz onları elə səfərdə məğlub etmişik. Yenə bunu bacara bilərik. 

– Vobayla Flavinyonun ilk dəqiqələrədn oynamaması oyununuza təsir etdimi?

Əlbəttə, onlar əsas heyət üzvləridi. Məşqçimiz yəqin ki, "İnter"lə vacib oyunu düşünərək bu addımı atıb. Çünki "İnter"lə bizi çox çətin oyun gözləyir. Meydana kimin çıxmasından asılı olmayaraq əsas odur ki, qol buraxmadıq. 

– Çempionluq əldən gedib. Kuboku qazanmaqla mövsümü heç olmas abir titulla başa vurmağı planlaşdırırsız. Əgər kubokda mərhələ adlaya bilməsəz bu fiasko sayılacaqmı?

Düzdü, çempionatdan əlimizi üzməmişik. Ancaq "Qarabağ"ın xal itirməsini də gözləməliyik. Özümüz də bütün oyunlarda 3 xal qazanmaq şərti ilə. Qarşıda oyunlar var. Kubokdan yolumuz daha yaxındı. Ona görə əsas məqsədimiz kuboku qazanmaqdı. 

– "Qarabağ"ın xal itirməsi "Neftçi" üçün nə demək idi?

İlk növbədə çempionatda maraq yenidən qayıtdı. Maraqsız gedirdi… Ancaq indi komandalar elə də bir-birindən çox da uzaq deyillər. 

– Sadıq Sadıqov əvvəlki kimi oyunlarınızı gəlib stadiondna izləmir. Bu Sadıqovun komandaya olan inamsızlığından irəli gəlir, yoxsa…?

Yox, biz bazada hər gün bir yerdəyik. Sadəcə AZAL-la oyunumuz canlı yayımlanırdı. Yəqin ki, televiziya vasitəsi ilə bizim oyunumuza baxıb. 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43