08 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

Kapitan “gəmi”ni tərk etmədi – Bölgə klubunda hamını sevindirən imza

Yeni mövsümün heyətini formalaşdırmağa çalışan “Kəpəz” futbolçusu Yeqor Xvalko ilə anlaşıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, belaruslu müdafiəçi ilə danışıqlar müsbət yekunlaşıb. Komandanın kapitanı ilə başa çatan müqavilə daha bir il uzadılıb.

Qeyd edək ki, Gəncə klubunun futbolçusu bir neçə Premyer Liqa təmsilçisinin maraq dairəsində idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43