Milli komanda

Kapitanın təəssüfü: “Alınmadı”

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Malta ilə 2:2 hesablı heç-heçə etdikləri Avro-2016-nın seçmə qrup matçı barədə fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli müdafiəçi “Report”a açıqlamasında yığmamızın 1:0 hesabı ilə öndə olduğu hissəyədək komandamız üçün hər şeyin yaxşı getdiyini söyləyib.

Onun fikrincə, ikinci hissədə buraxılan 2 qol komandanın işini çətinləşdirib:

“90 dəqiqə boyunca oyuna nəzarət etdik. Geridə olduğumuz vaxt hesabı bərabərləşdirdik. Üçüncü qolu vurmaq istədik, amma alınmadı. Təəssüf ki, belə oyunda xal itirdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43