Dünya futbolu

Kapitanlar La Liqanın Amerikada oynanmasını istəmirlər

Oyunçular Amerikada oynamaq istəmirlər.

Bu mövsüm  La Liqanın bəzi oyunlarının Amerikada keçiriləcəyi ilə bağlı İspaniya Futbol Federasiyası açıqlama vermişdi. Amerikanın nüfuzlu “Relevan Qrub” şirkəti ilə 15 illik müqavilə bağlayan  federasiyanın bu qərarı heç də bir mənalı qarşılanmayıb. Çempionatın 20 komandasının kapitanları qərara etiraz edərək, matçların orada keçirilməsinə qarşı çıxıblar. Futbolçular bununla bağlı İspaniya Futbol Federasiyasına rəsmi müraciət də ediblər.  Oyunçuların bu gözlənilməz etirazı qarşısında Federasiya təmsilçilərinin hansı qərarı verəcəyi maraqla gözlənilir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43