Kateqoriyasız

Kapitanları “Qəbələ”ni sevindirdi

“Qəbələ”nin üç futbolçusu hazırlıqda iştirak etmir.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın 16-cı turunun “Səbail”lə oyununda zədələnən Asif Məmmədov və bərpa dövrünü başa vuran Urfan Abbasov artıq komandaya qoşulub.

Rüfət Əhmədov həm komanda, həm fərdi məşqlərini davam etdirir. Yaovi Akakpo fərdi bərpa prosesindədir. Gülağa Əsədov isə əməliyyat sonrası dövrü keçir.

Qeyd edək ki, “Qəbələ” Premyer Liqada növbəti oyununu martın 6-da səfərdə “Qarabağ”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43