03 Oktyabr 2024
Ölkə futbolu

“Karyeramda yeni bölüm başlayır” – “Kəpəz”in yeni transferi

“Kəpəz”in yeni transferi Mahamadu Ba klubun mətbuat xidmətinə açıqlama verib.

İdmanxeber.az-ın məlumqtına görə, malili futbolçu “Kəpəz”ə keçidi ilə bağlı fikirlərini bölüşüb:

“Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. “Kəpəz”in Bakıda “Zirə” ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Komandanın çıxışı bilirəm ki, azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq. Türkiyə ilə Azərbaycan futbolu arasında fərq təbii ki, var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə səy göstərirlər. İlk baxışdan hər halda belə görünür. Türkiyədə isə başqa cürdür. Super Liqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43