Dünya futbolu

Kasilyas İngiltərə yolunda

Madrid “Real”ında son zamanlar ehtiyatda qalan qapıçı İker Kasilyas karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Britaniya mətbuatının yaydığı xəbərə görə, təcrübəli çərçivə qoruyucusu ilə “Arsenal” və “Mançester Siti” klubları yaxından maraqlanır. 32 yaşlı əlcək ustasının dünya çempionatında oynamaq üçün İngiltərəyə üz tutacağı söylənilir.

Qeyd edək ki, bir müddət öncə İspaniya millisinin üzvünün “Barselona”ya keçəcəyi xəbəri yayılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43