Premyer Liqa

Kaue Sesilyo: “Hazırda 4-cü pillədə qərarlaşması da çox şeydən xəbər verir”

“Neftçi”nin yarımmüdafiəçisi Kaue Sesilyo klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun futbolçusu qarşıdan gələn “Qəbələ” lə oyundan danışıb:

Qəbələ” ilə oyuna hazırlığımız yüksək səviyyədə keçir. Hamımız növbəti oyuna köklənmişik. Rəqibə hörmətlə yanaşırıq. Bilirik ki, çempionatın iddialı komandalarından biridir. “Qəbələ” öz dəsti xətti və oyun üslubu olan komandadır. Xüsusən də doğma meydanda yaxşı təsir bağışlayır. Hazırda 4-cü pillədə qərarlaşması da çox şeydən xəbər verir. Fikrimcə, çox gərgin və maraqlı qarşılaşma olacaq. Çalışacağıq ki, öz oyunumuzu göstərək və istədiyimiz nəticəni qazanaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43