Dünya futbolu

Kavani 1/4 finalda oynayacaq?

Uruqvay millisinin baş məşqçisi Oskar Tabares komandanın zədəli futbolçusu Edinson Kavani haqda danışıb. O, təcrübəli hücumçunun bu gün DÇ-2018-in 1/4 finalında Fransaya qarşı oynayıb-oynamayacağının dəqiq olmadığını bildirib:

“Kavani zədələndiyi üçün çox məyus olmuşdu. O, bizim üçün vacib futbolçudu və əla formadadı. Portuqaliya ilə matçdan dərhal sonra zədəsini bərpa etməyə başladı. Ancaq oynayıb-oynamayacağı dəqiq deyil. Oyun saatı bilinəcək”.

Uruqvay – Fransa matçı bu gün 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43