Dünya futbolu

Kavani PSJ-nin qarşısına şərtlər qoydu

Edinson Kavaninin PSJ ilə müqaviləni hansı şərtlərlə uzada biləcəyi məlum olub.

İdmanxeber.com-un məlumatına görə, 30 yaşlı forvardın sözləşməsi 2019-cu ilin yayında bitir. Lakin PSJ onunla müqaviləni 1 il daha artırmaq niyyətindədir.

Məlumata görə, Kavani bir sıra şərtlə müqaviləni yeniləməyə razıdır. Onlardan ən vacibi istirahət və məzuniyətdən sonra gecikmələrə görə cərimələrin yığışdırılmasıdır. Bundan başqa, o, imic hüquqlarından daha səmərəli yararlanmaq istəyir.

O, verginin də klub tərəfindən ödənilməsini tələb edir. Klubun Kavanini saxlamaq istəyi o qədər çoxdur ki, danışıqları idman direktoru Klyuvert deyil, Nasir Əl Xəlaifinin özü aparır.

Qeyd edək ki, Kavani bu mövsüm 41 oyunda 42 qol vurub. Klubun rekordu isə 2015-2016-cı illərdə İbrahimoviçin bir mövsümə 50 qol vurmasıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43