Ölkə futbolu

Kaxa yenə “İnter”i xərcə saldı

AFFA-nın İntizam Komitəsi "İnter"i də cəzasız qoymayıb.

Paytaxt klubunun baş məşqçisi "Neftçi" ilə oyunun oyununun 76-cı dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 1000 manat cərimə olunub. Bundan Kaxa matç başa çatdıqdan sonra mətbuat konfransında ikinci dəfə iştirak etmədiyi üçün "bankirlər" kassasından 2000 manat da çıxarmalı olacaq. Qarşılaşmanın 83-cü dəqiqəsində "İnter"dən Abdulla Abatsiyevlə "Neftçi"dən Bruno Bertuççi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43