Ölkə futbolu

Kaxaber Sxadadze: “Amma sonradan taktikanı dəyişdik və yenə rəqibi məyus etdik”

Topaz Premyer Liqasının 12-ci turunun son oyunu “İnter Arena”da baş tutdu. “İnter” – “Xəzər Lənkəran” qarşılaşması meydan sahiblərinin 3-1 hesablı qələbəsi ilə yekunlaşdı.

İdmanxeber.com-un məlumatına görə, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra bu fikirləri söyləyib:

“Strategiyamızı düzgün qurduq və iki hücumçu ilə oynadıq. Bunun nəticəsi olaraq, birinci hissənin əvvəlində iki qol vurmağı bacardıq. İkinci hissənin ortalarında təşəbbüsu “Xəzər Lənkərana” verdik. Amma sonradan taktikanı dəyişdik və yenə rəqibi məyus etdik. Bəyənmədiyim yeganə məqam sonda qol buraxmağımız oldu. Buna rəğmən oyunçularımı təbrik etmək istəyirəm. Dörd oyunluq fasilədən sonra, nəhayət, qollar vura bildik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43