Premyer Liqa

Kaxaber Sxadadze: “Bu cür stadionda oynamaq olmaz”

Topaz Premyer Liqasının 9-cu turunda “İnter” səfər oyununda “Sumqayıt”ı 2-0 hesabı ilə məğlub etdi. Turnir cədvəlində bir pillə irəliləyən bakılılar cari mövsümdə ilk dövrənin bütün oyunlarında qol vuran yeganə komanda oldu. Oyundan sonra isə hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

Aqil Məmmədov:  “Rəqib komandanı qələbə ilə təbrik edirəm. “İnter”də qələbə istəyi bizdən daha çox idi, ona görə də qalib gəldilər. Müdafiədə də səhvlərimiz oldu. Aqşin Muxtaroğlunun zədəsi olduğu üçün əsas heyətdən kənarda qalmışdı, bu həftə komanda ilə məşqlərə başlayıb. Elşən Adbullayev isə bir neçə oyunda əsas heyətdə meydana çıxdı, yorğun olduğu üçün ehtiyatdadır”.

Kaxaber Sxadadze: “Bakı” və “Xəzər Lənkəran”a qarşı keçirdiyimiz uğurlu oyunlardan sonra bu görüşdə də qalib gəlməli idik. Bu cür stadionda oynamaq olmaz, meydança bərbad vəziyyətdə idi. Buna baxmayaraq, oyunumuzu yaxşı qurduq, əsas odur ki, qələbə qazandıq. Hesab daha böyük ola bilərdi. Mövsümün əvvəlindəki şok vəziyyətindən çıxdığımızı düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43