Dünyadan

Kaxaber Sxadadze Rusiya ordusuna çağırıldı (FOTO)

“İnter”in sbaiq baş məşqçisi KaxaberSxadadzeyə hərbi çağırış vərəqəsi gəlib.

İdmanxeber.com-un məlumatına görə, Bakı klubunun sabiq çalışdırıcısı Rusiya Silahlı Qüvvələri tərəfindən orduya çağırılıb.

Çağırış vərəqəsi 47 yaşlı mütəxəssisin 2000-ci ildə Rusiyada yaşadığı evə göndərilib. Sözügedən məktubda gürcüstanlı mütəxəssisin Rusiyaya getməli və hərbi qeydiyyat məlumatlarını dəqiqləşdirməli olduğu bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43