Kateqoriyasız

“Kayrat” – “Qarabağ” matçına doğru: Maraq azdı…

Bu gün Konfras Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Qazaxıstanda keçiriləcək “Kayrat” – “Qarabağ” oyununa maraq azdı.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, saat 19:45-də başlayacaq görüş üçün satışa çıxarılan biletlərin cəmi 3000-i satılıb.

Ağdam klubunun mətbuat xidmətindən saytımıza bildirilib ki, Almatıda keçiriləcək matçda təmsilçimiz dəstəksiz qalmayacaq. Söügedən görüşdə azı 50 azarkeş tribunadan komandamıza dəstək olacaq.

Qeyd edək ki, “Kayrat”ın ev oyunlarını keçirdiyi stadionun ümumi azarkeş tutumu 23804-dü. UEFA pandemiya ilə əlaqədar stadionun 75%-nə kimi azarkeş buraxılmasına icazə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43