Kateqoriyasız

“Kayrat” və “Qarabağ”ı birləşdirən 5 maraqlı fakt

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Kayrat” maraqlı paylaşım edib.

Paylaşımda iki komandanın bir-biri ilə bağlantısı olan 5 məqam qeyd olunub. Həmin bağlantıları təqdim edirik:

1. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və “Kayrat”ın çalışdırıcısı Kurban Berdıyev 2002-ci ildə Rusiya çempionatının 1-ci divizionunda iki dəfə qarşılaşıblar. Həmin vaxt Qurbanov Voronej “Fakel”inin hücumçusu, Berdıyev isə Kazan “Rubin”inin baş məşqçisi olub. Hər iki görüşdə Berdıyevin komandası 2:0 hesablı qələbə qazanıb.

2. Marko Veşoviç (“Qarabağ”) və Neboyşa Kosoviç (“Kayrat”) Monteneqro millisində komanda yoldaşıdır.

3. Xorvatiyalı Filip Ozobiç (“Qarabağ”) və Dino Mikanoviç (“Kayrat”) 2013-cü ildə Split “Hayduk”unda (Xorvatiya) birgə çıxış ediblər.

4. “Qarabağ”ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov bir vaxtlar futbolçu kimi “Kayrat”a qarşı oynayıb. O, 1988-90-cı illərdə “Neftçi”nin qapısını qoruyub. Ümumilikdə, Həsənov Almatı klubuna qarşı SSRİ çempionatında və digər yarışlarda 7 oyunda iştirak edib.

5. “Qarabağ”ın qapıçısı Emil Balayev 2019-cu ildə “Tobol”un heyətində “Kayrat”la 4 dəfə qarşılaşıb. O, iki görüşdə qol buraxmayıb, digər iki matçda isə “Kayrat”ın hazırkı futbolçuları Erkebulan Seydaxmet və Artur Şuşenaçev fərqlənib.

Noyabrın 4-də Almatıda keçiriləcək “Kayrat” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 19:30-da başla


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43