Ölkə futbolu

“Kayseri Ərciyəsspor”un baş məşqçisi: “Azərbaycan komandaları və ölkə çempionatı getdikcə güclənir”

"Neftçi" və "Kayseri Ərciyəsspor" klubları arasında keçirilmiş yoxlama matçından(0:0) sonra Türkiyə təmsilçisinin baş məşqçisi Mehmet Özdilək payxaxt klubunun rəsmi saytına açıqlama verib:

"Adından da bəlli olduğu kimi bu hazırlıq matçıdır. Gələn həftə bizdə Superliqanın oyunları başlayır. Hazırlıq oyunları gələcək üçün çox önəmlidir. Bu gün hər iki komanda üçün yaxşı bir məşq oldu. Hər iki tərəfin qol vəziyyətləri oldu. Matçda həm sürət, həm də mübarizə vardı. Azərbaycan komandaları və ölkə çempionatı getdikcə güclənir. Bu komandada da fərdi ustalığı yüksək səviyyədə olan futbolçular var."


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43