Ölkə futbolu

Kazandan bəd xəbər gəldi: Ruslan Abışov sıradan çıxdı

“Rubin”də çıxış edən milli komandamızın üzvü Ruslan Abışov zədələnib.

Sonuncu məşqdə fransalı komanda yoldaşı Yan Mvilla ilə toqquşan futbolçu 1 həftəlik sıradan çıxıb.

Kazan təmsilçisinin həkimləri Abışovun gələn həftə məşqlərə başlayacağını bildiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43