Kateqoriyasız

Keçmiş “Liverpul”lu 31 yaşında karyerasını başa vurdu

“Liverpul”un sabiq müdafiəçisi Daniel Agger karyerasını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə 31 yaşlı futbolçunun özü məlumat verib.

Danimarkalı futbolçu “tvitter” sosial şəbəkəsindəki səhifəsində karyerasını başa vurduğunu açıqlayıb: “Dəstəyiniz üçün təşəkkür edirəm. Böyük təcrübə idi. Karyeramı başa vurmaq kədərlidir, ancaq doğru qərardır. Karyeramla qürur duyuram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43