Ölkə futbolu

“Kəpəz” – “Admira” matçının biletləri satışdadır

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Admira” oyununun biletləri satışa çıxarılıb. Bilet satışı Bakı şəhərində təşkil olunacaq.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər paytaxtda iyulun 19-i saat 14:00-dan 19:00-dək, iyulun 20-i isə saat 12:00-dan 16:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun kassasından, oyun günü saat 17:00-dan sonra “Dalğa Arena”nın kassasından bilet ala bilərlər.

 

Qeyd edək ki, “Kəpəz” – “Admira” oyunu iyulun 20-i, saat 20:00-da, “Dalğa Arena”da keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43