Kateqoriyasız

“Kəpəz” AZAL üçün başladı

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində AZAL-ın qonağı olacaq “Kəpəz” bu gün məşqlərə başlayıb.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə səfər matçının ertəsi bərpaedici prosesdən sonra futbolçulara bir günlük istirahət verən məşqçilər korpusu bu gün komandanı yenidən bir araya yığıb.

“Sarı-göylər” qarşıdakı görüşün hazırlığına Bakıda, “Dalğa Arena”da start veriblər. Komandanın sabahkı məşqi də eyni məkanda olacaq. “Kəpəz” oyun öncəsi son məşqini isə noyabrın 6-da qarşılaşmanın baş tutacağı “AZAL Arena”da keçirəcək.

Qeyd edək ki, AZAL – “Kəpəz” oyunu noyabrın 7-də keçiriləcək və saat 16:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43