İdman

“Kəpəz” azarkeşlərinin həsrəti bitdi: Yunis Hüseynov Dario Frederikonu “Kəpəz”ə qaytardı – ÖZƏL

Qış hazırlıqlarını davam etdirən “Kəpəz” fasilədən sonra son pillədən qurtulmaq üçün heyətini formalaşdırmaqda davam edir.

“Mançester Siti”nin sabiq futbolçusu Aleks Nimelini baxışa dəvət edən, lakin ağır çəkisi və zədəsi ucbatından geri göndərilən liberiyalı oyunçunun yerinə hücumçu axtarışları davam edir. 

Bununla belə “sarı göylər” başqa bir legionerlə demək olar, anlaşıb. Bu “Kəpəz” azarkeşlərinin sevimlisi Dario Frederikodu. İdmanxeber.com-un özəl olaraq əldə etdiyi məlumata görə, oyunçu ilə danışıqlar müsbət yekunlaşıb. Braziliyalı “Kəpəz”in Türkiyə toplanışı zamanı müqavilə bağlamaq üçün qardaş ölkəyə yollanacaq. Uzun sürən danışıqlardan sonra “sambaçı” sabiq klubu ilə razılığa gələ bilib. 

Qeyd edək ki, 26 yaşlı oyunçu 2015-2017-ci illər aralığında Gəncə klubunun formasını geyinib və göstərdiyi performansla tərəfdarların sevimlisinə çevrilməyi bacarıb. Onun hazırkı klubu Cənubi Koreya təmsilçisi “Seongnam”dı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43