İdman

“Kəpəz” başladı

Premyer Liqanın XI turunun oyunundan sonra 3 gün istirahətə buraxılan “Kəpəz”in futbolçuları məşqləri bərpa edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  Gəncə təmsilçisi  noybarın 12-nə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edəcək.

Qeyd edək ki, çempionatın XII turunda komanda səfərdə “Qarabağ”la qarşılaşacaq. Görüş noyabrın 19-da keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43