Kateqoriyasız

“Kəpəz” – “Daçiya” oyununun vaxtı dəyişdirildi

“Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya” ilə keçiriləcək ilk oyununun vaxtı dəyişdirilib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Moldova klubunun rəsmi saytı xəbər yayıb.

UEFA sözügedən oyunun əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 30-da yox, 28-də keçirilməsinə qərar verib.

Digər təmsilçimiz “Qəbələ” də iyunun 30-da Bakıda I təsnifat mərhələsinin oyununa çıxacaq. Buna görə də qitənin ali futbol qurumu “Kəpəz” – Daçiya” matçının tarixini dəyişib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43