Premyer Liqa

“Kəpəz” “Dalğa Arena”da

Azərbaycan Premyer Liqasının X turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Kəpəz" hazırlıqları davam etdirir. 

 

İdmanxeber.com xəbər verir ki, komanda hazırlığını Bakıda davam etdirir.

 
"Sarı-göylər" Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena"nın süni örtüklü meydançasında məşq edir.
 
Qeyd edək ki, oktyabrın 30-da Zirə idman Kompleksinin stadionunda keçiriləcək "Zirə" – "Kəpəz" oyunu saat 14:00-da başlayacaq.
 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43