Ölkə futbolu

“Kəpəz” “əlvida” dedi (YENİLƏNİB)

Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsində bir cavab görüşü keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, "Kəpəz" "Dalğa Arena"da "Admira"nı qəbul edəcək.

İlk oyunda 1:0 hesabı ilə məğlub olan Gəncə təmsilçisi cavab matçını ən azından penaltilərə aparmaq üçün 1 qol vurmalıdır.

Turun qalibini 3-cü mərhələdə Çexiyanın "Slovan" klubu gözləyir.

20 iyul

Avropa Liqası. 2-ci təsnifat mərhələsi. Cavab matçı.

"Kəpəz" (Azərbaycan) 0-2 "Admira" (Avstriya) (ilk oyun – 0:1)
Qol: Knasmüllner 17, Patrik Şmit 75.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43