İdman

“Kəpəz” “eşqi”nə qovuşdu – RƏSMƏN

“Kəpəz” daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib.

Idmanxeber,com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Gəncə təmsilçisi braziliyalı yarımmüdafiəçilər Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb. 

Dario cari mövsümün sonunadək, Souza isə bir il müddətində komandada çıxış edəcək.

Xatırladaq ki, Dario Frederiko əvvəlki iki mövsümdə də “Kəpəz”də oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43