Premyer Liqa

“Kəpəz” Gəncədə məşqə çıxdı

Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində “Qəbələ” ilə görüşəcək “Kəpəz” bu gün Gəncəyə gəlib.

İdmanxeber.com-un məlumatına görə, qarşıdakı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” son məşqə matçın keçiriləcəyi şəhər stadionunda çıxıb.

Hazırlıq prosesi təxminən 50 dəqiqə sürüb. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan məşq topu çalışmalar və “kvadrat” ilə davam edib. Hazırlığın son bölümündə futbolçular taktiki çalışmalar üzərində işləyib. Məşq oyunçuların fərdi hazırlığı ilə başa çatıb.

“Kəpəz”in heyətində itki yoxdur. Əvəzedici heyətdə meydana çıxan Azad Kərimov ilə Əli Nuri sabahkı oyun üçün “18-liy”ə daxil ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43