Premyer Liqa

“Kəpəz” Gəncədə məşqə çıxdı

Azəebaycan Premyer Liqasının 2016/17 mövsümünün son turunda Gəncə şəhər stadionunda “İnter”i qəbul edəcək “Kəpəz” bu gün Nizami yurduna gəlib.

Qarşıdakı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” son məşqə matçın reallaşacağı arenada çıxıb. Hazırlıq prosesi uzun sürməyib. Təxminən 45-50 dəqiqə ərzində futbolçular məşqçilər korpusunun verdiyi yüngül tapşırıqlar üzərində çalışıblar.

Məşq mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb.

Qeyd edək ki, “İnter” ilə oyunda Ceyhun Cavadov “Kəpəz”ə kömək edə bilməyəcək. AZAL-a qarşı görüşdə sarı vərəqə limitini dolduran yarımmüdafiəçi cəzalı duruma düşüb. Eyni səbəbdən ötən turu buraxan Vüqar Bəybalayev isə sıraya dönüb.

“Təyyarəçilər” ilə matçda zədələnən Kərim Diniyevin durumu tam olaraq bəlli deyil. Onun oynayıb-oynamayacağına matç saatı qərar veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43