Ölkə futbolu

“Kəpəz” Gəncəyə gəlir

Azərbaycan Premyer Liqasının II turunda Gəncədə AZAL-ı qəbul edəcək “Kəpəz” bu oyunun hazırlığını Bakıda davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər”in matçdan bir gün öncəki məşqi isə Gəncədə keçiriləcək. 

Nizami yurdunun təmsilçisi avqustun 12-də şəhər stadionunda məşqə çıxacaq. Hazırlıq prosesi saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Kəpəz” – AZAL görüşünün start fiti avqustun 13-də saat 17:00-da veriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43