Ölkə futbolu

“Kəpəz” geri dönür

“Kəpəz” Türkiyədəki təlim-məşq toplanışını başa vuraraq bu gün vətənə qayıdır. Komanda Ərzurumda olduğu 10 gün ərzində gündə iki dəfə məşq edib.

Idmanxeber.com-un məlumatına görə, futbolçular fiziki, texniki və taktiki çalışmalar üzərində işləyib. Ərzurum hazırlığı dövründə “sarı-göylər” 3 yoxlama oyunu keçiriblər. Gəncə klubu Türkiyənin 1-ci liqa təmsilçiləri ilə qarşılaşıb. “Kəpəz” ilk oyunda “Samsunspor” (1:2), daha sonra “Ankaragücü” (0:2), son yoxlama matçında isə “Elazığspor”la (0:0) görüşüb.

Qeyd edək ki, “Kəpəz” artıq 3 ildi ki, mövsümöncəsi yay təlim-məşq toplanışını Ərzurumda keçirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43