29 Sentyabr 2024
Kateqoriyasız

“Kəpəz” hazırlığa start verdi

Premyer Liqanın qış fasiləsində istirahəti başa vuran “Kəpəz” məşqləri bərpa edib.

İdmanxeber.com-un məlumatına görə, dünən Yevlaxda bir araya gələn komanda üzvləri bu gündən hazırlığa başlayıb. Futbolçular səhər və axşam olmaqla gündə iki məşqə çıxır.

“Sarı-göylər” yanvarın 18-nə kimi bu rayonda qalacaq. Yevlax toplanışında məşqçilər korpusu futbolçuların fiziki hazırlığına diqqət ayıracaq.

Qeyd edək ki, əsas komanda ilə yanaşı, “Kəpəz”in əvəzedici heyəti də Yevlaxda təlim-məşq toplanışındadır. Hər iki komanda birlikdə hazırlıq keçir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43