Premyer Liqa

“Kəpəz” hazırlığı tamamladı

Azərbaycan Premyer LiqasınınXXIV turunda səfərdə “Qarabağ” ilə üz-üzə gələcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını tamamlayıb.

İdmanxeber.com-un məlumatına görə, komanda bu gün son məşqinə çıxıb. Hazırlıq prosesi matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olub. Məşq təxminən 50 dəqiqə davam edib.

“Sarı-göylər”in heyətində zədəli olmasa da, itki var. Ağdam klubuna qarşı görüşdə cəzalılar – Nicat Qurbanov və Şəhriyar Rəhimov iştirak edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43