İdman

“Kəpəz” “İnter”lə yox, “Keşlə” ilə qarşılaşacaq

Sabah Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində “İnter” evdə “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, gələn tur isə səfərdə “Səbail”lə qarşılaşacaq olan “bankirlər” “İnter” adı ilə son oyununa çıxacaq. Rəhbərliyin keçirdiyi iclasda qəbul olunan qərara əsasən oktyabrın 28-i “Kəpəz”lə üz-üzə gələcək komanda oyuna “Keşlə” adı ilə çıxacaq. 

Komandanın adının dəyişməsi haqda məlumat verən “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov, sözügedən işin demək olar artıq öz həllini tapdığı, bununla belə stadionda müəyyən texniki məsələlərin hələ tam olaraq yekunlaşmadığını bildirib. Məmmədov saytımızın əməkdaşı ilə söhbətində yeni loqonun tam hazır olduğunu da sözlərinə əlavə edib: “Yeni loqomuzun necə olacağı artıq müəyyənləşib. Hazırda avtobusumuzun üzərində olan loqodan cuzi şəkildə fərqlənir. Hər şey tam olaraq oktyabrın 28-i açıqlanacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43