Ölkə futbolu

“Kəpəz” istirahətə çıxdı

Premyer Liqada mövsümün ikinci hissəsi üçün Bakıda hazırlıq keçən “Kəpəz” təlim-məşq toplanışını yekunlaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, komanda üzvlərinə iki günlük istirahət verilib. “Sarı-göylər” məşq prosesini yanvarın 23-də bərpa edəcəklər. Gəncə klubu qarşıdakı həftə boyunca “İnter” ilə çempionat oyununa hazırlaşacaq. Bakı təmsilçisi ilə səfər görüşü süni qazonda keçiriləcəyindən “Kəpəz” “Dalğa Arena”nın eyni örtüklü meydançasında məşqə çıxacaq.

Komandanın heyətində zədəli futbolçu yoxdur. Son günlərdə soyuqdəymədən əziyyət çəkən Vüqar Bəybalayevin səhhətindəki problemlər aradan qalxıb. Odur ki, yarımmüdafiəçi gələn həftədən komanda ilə birgə məşqlərə qatılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43