İdman

“Kəpəz” meydana çıxmayan futbolçunu transfer etdi

“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Gəncə klubundan İdmanxeber.com saytına verilən məlumata görə, “sarı göylər” “Zirə”nin oyunçusunu sıralarını qatıb. Söhbət gənc hücumçu Murad Səttarlıdan gedir. 

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunçunun gedişində maraqlı olib. Belə ki, heyətə düşməkdə çətinlik çəkən Murad Səttarlının daim meydana çıxa biləcəyi komandaya üz tutması məsələhət görülüb.

Qeyd edək ki, 21 yaşlı forvard cari mövsüm qəsəbə klubunun heyətində heç bir Premyer Liqa matçında meydana çıxmayıb. O, sadəcə “Xəzər”lə keçirilən Azərbaycan kubokunun görüşündə sonradan meydana daxil olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43