Ölkə futbolu

“Kəpəz” millimizə qarşı

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirəcək. 

İdmanxeber.com-un Gəncə təmsilçisinin rəqibi artıq müəyyənləşib. 

“Sarı-göylər” Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda Farer adaları komandası ilə qarşılaşmaya hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə oynayacaq. Görüş avqustun 31-də keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43