Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib.
İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer adaları komandası ilə oyuna hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşıb. Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçirilən matç U-21-in 2:1 hesablı qələbəsi ilə başa çatıb.