Premyer Liqa

“Kəpəz” “Neftçi” ilə matça hazırdı

Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi”nin qonağı olacaq “Kəpəz” bu gün keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlığını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər”in oyun öncəsi son məşqinin görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulsa da, məlum hava şəraiti buna mane olub. Belə ki, ölkənin hər yerinə yağan qardan sonra meydan “ağ örpəyə” bürünüb. Arenanın oyuna hazır vəziyyətə gətirilməsi üçün günboyu meydança qardan təmizləndiyindən komanda “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasının qapalı manejində məşq keçib.

Qeyd edək ki, “Kəpəz”in heyətində itki yoxdur. Gəncə klubunun əvvəlki iki turu buraxan futbolçusu Renan Da Silvanın cəza dövrü başa çatdığından müdafiəçi sabahkı oyunda komandaya kömək edə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43