Ölkə futbolu

“Kəpəz” “Neftçi”nin futbolçusunu transfer etdi

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib.

İdmanxeber.com-un məlumatına görə, Nizami yurdunun təmsilçisi Ruzi Qiyaslı ilə bir il müddətinə anlaşıb. Son mövsümü icarə əsasında I divizion klubu “Şəmkir”də keçirən 23 yaşlı qolkiper müqavilə ilə “Neftçi”yə məxsus olub.

Qeyd edək ki, “Kəpəz” İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”), İlkin Sadıqov (“Turan Tovuz”), Tural Cəlilov (“Zirə”) və Azər Məmmədovu (“Turan Tovuz”) da transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43